"Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan
yaşayır və çalışır".
Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın
27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin
açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.
Onun deməsinə görə, ilin sonuna qədər də təqribən 30 min, 40 min
insan qayıtmalıdır:
"İndi Ağdam rayonunun ilk sakinləri
sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, -
yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin
sonuna qədər Ağdam şəhərinə".
Baş nazir Əli Əsədovun deməsinə görə, ümumilikdə 2021-2024-cü
illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və
bərpası üçün dövlət büdcəsindən 17.6 milyard manat, o cümlədən
2024-cü ildə 5.3 milyard manat ayrılıb. 2025-ci ildə 4 milyard
manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş,
Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal
edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında
Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü
bərpa edib.
Onda Qarabağdan Ermənistana erməni əhalinin köçü baş verdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar
aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə,
tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin
razılaşdırıldığını açıqlayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415