Getdikcə daha az əcnəbi Rusiya vətəndaşlığı alır və ya bu ölkədə
yaşamaq icazəsi üçün müraciət edir.
Rusiyanın "Kommersant" nəşri ölkənin Daxili İşlər Nazirliyinin
(DİN) statistikasına istinad edərək yazıb ki, keçən il 209 min
əcnəbi Rusiya vətəndaşlığını alıb ki, bu da son beş ildə ən aşağı
rəqəmdir. 2023-cü ildə bu göstərici 378 min, 2022-ci ildə isə
691
min olub.
"Kommersant"a müsahibə verən ekspertlər hesab edir ki, bu azalma
Rusiyanın Ukraynada apardığı müharibə, "Crocus City" konsert
zalında baş vermiş terror aktı və Rusiyaya qayıtmaq istəyən
rusların repatriasiyası üzrə "məqsədli işin" aparılmaması ilə
bağlıdır.
Bununla belə, ötən il Rusiyadan qovulan əcnəbilərin sayı əvvəlki
illərlə müqayisədə artıb. 2024-cü ildə Rusiyadan 190 min nəfər
deportasiya edilib. DİN bunu miqrasiya sahəsində nəzarətin
gücləndirilməsi ilə izah edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415