Fransa, Böyük Britaniya və "istəklilər koalisiyası"nın digər
üzvləri hazırda Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtının
gəlib çatmadığını bəyan ediblər.
Bu barədə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın
baş naziri Kir Starmer martın 27-də Parisdə 30-a yaxın ölkənin
nümayəndələrinin görüşündən sonra bildiriblər.
Bu mövqeyi Ukrayna dəstəkləyir. Parisdəki görüşə qatılan Ukrayna
prezidenti Volodimir Zelenskinin sözlərinə görə, indi sanksiyaların
ləğvi
"diplomatiya üçün fəlakət" olardı.
Görüşdən sonra Makron bildirib ki, müttəfiqlər, əksinə, xüsusilə
Rusiyanın "kölgə donanması" adlanan gəmilərinə qarşı sanksiyaların
sərtləşdirilməsi imkanlarını müzakirə ediblər.
Fransa prezidenti təsdiqləyib ki, bir sıra ölkələr, o cümlədən
Fransa və Britaniya mümkün atəşkəsdən sonra öz qoşunlarının
Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələri davam etdirir.
Makron vurğulayıb ki, qoşunların göndərilməsi məsələsində
iştirakçılar arasında konsensus yoxdur, lakin bir neçə ölkə belə bu
missiyada iştirak etməyə hazırdır. Onun sözlərinə görə, söhbət
sülhməramlı qüvvələrdən getmir, onları "çəkindirmə qüvvələri"
adlandırmaq daha doğru olar, onların mövcudluğu Rusiyanın hərbi
əməliyyatları bərpa etməyəcəyinə zəmanət verməlidir. Makron
vurğulayıb ki, bu qoşunlar təmas xəttində yerləşdirilməyəcək,
xüsusilə arxa cəbhədəki böyük şəhərlərdə və limanlarda cəmləşdirilə
bilər. Fransa prezidentinin sözlərinə görə, Rusiyanın Ukraynada bu
cür qüvvələrin yerləşdirilməsinə veto qoymaq hüququ
olmamalıdır.
Trampı tənqid etməkdən
çəkindi
Makron ABŞ prezidenti Donald Trampı tənqid etməkdən çəkinib,
əksinə, müttəfiqlərin onun sülhməramlı səylərini yüksək
qiymətləndirdiyini söyləyib. Eyni zamanda, Trampdan fərqli olaraq,
o, yenidən Rusiyanı tənqid edib.
Görüşün yekunlarına əsasən, "istəklilər koalisiyası" ölkələrinin
xarici işlər nazirləri mümkün atəşkəs rejiminin monitorinqi ilə
bağlı üç həftə ərzində təkliflər hazırlamalıdırlar.
Həmçinin Fransa və Britaniyanın hərbi nümayəndə heyətlərinin
Ukrayna ordusunun ehtiyaclarını, mümkün islahatları müzakirə etmək
üçün yaxınlarda Ukraynaya gedəcəyi açıqlanıb.
Parisdə görüş Birləşmiş Ştatların Rusiya və Ukrayna nümayəndələri
ilə Ər-Riyadda apardığı danışıqlardan bir neçə gün sonra baş tutub.
Bu danışıqların nəticəsi olaraq, enerji obyektlərinə zərbələrə
moratorium (həm Rusiya, həm də Ukrayna bir-birini onu pozmaqda
ittiham edir), həmçinin Qara dənizdə mümkün atəşkəs elan edilib.
Rusiya bu cür atəşkəs üçün bir sıra şərtlər, o cümlədən bank və
ərzaq sektoruna qarşı sanksiyaların yumşaldılması tələbini irəli
sürüb. ABŞ kömək vəd etsə də, Aİ indi sanksiyaları yumşaltmağa
hazır olmadığını bildirib.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə
başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı
tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin
(Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu
haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk
vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox
hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə,
ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi
nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı
tapşırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415