Slovakiya QHT-ləri hədəfə çevirən qanun qəbul edib
Aprelin 16-da Slovakiya parlamenti qeyri-hökumət təşkilatları (QHT) üçün qaydaları sərtləşdirən qanun layihəsini qəbul edib, tənqidçilər bu qanunun Kreml qanunlarına bənzədiyini iddia edir.

"Politico"nun xəbərinə görə, sürətləndirilmiş proseslə və tələb olunan minimum 76 səs çoxluğu ilə qəbul edilən qanun QHT-dən donorları haqqında məlumatları açıqlamağı tələb edir, bunu etməyənlər üçün cərimələrin tətbiqini nəzərdə tutur.

Qanunun ən mübahisəli hissəsi
- QHT-ləri "lobbiçi" kimi təsnif edən maddə qanunun parlamentdən keçməsi üçün güzəşt olaraq çıxarılıb. Qanun layihəsinin əleyhdarları ölkə prezidenti Peter Pelleqrinini qanunu imzalamamağa çağırır.

Bu ayın əvvəlində minlərlə slovak qanun layihəsinə qarşı ölkənin 30-dan çox şəhərində, həmçinin Madrid, Kopenhagen və Londonda etiraz aksiyaları keçirib.

Qanunun qəbulu Slovakiya baş naziri Robert Fitsonun QHT-ləri və müstəqil medianı nəzarət altına almağa yönəlmiş uzunmüddətli cəhdinin bir hissəsi kimi qiymətləndirilir. 2023-cü ildə, dördüncü dəfə baş nazir seçildikdən sonra Fitso Slovakiyada "QHT hakimiyyəti"nə son qoyacağını bildirmişdi.

Avropa Komissiyası 2024-cü il "Hüququn aliliyi" hesabatında QHT-ləri "xarici agent" kimi təsnifatlandıran ilkin qanun layihəsini tənqid edib və Slovakiya hökuməti qanunu qəbul edərsə, ona qarşı hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

Baş nazir Fitso və onun müttəfiqləri bu qanunvericiliyin şəffaflığı artırmağa yönəldiyini desələr də, onun siyasi rəqibləri bunu qəbul etmir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google