Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan "Taliban"
radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı
dayandırıb.
Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki,
Rusiya hakimiyyəti artıq "Taliban"ı terror təşkilatı hesab
etməyəcək.
"Taliban"ın Rusiyada fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq,
Rusiya hakimiyyəti məhkəmənin qərarından əvvəl də Əfqanıstandakı
"Taliban" hökuməti ilə münasibətlərini qoruyub saxlayıb, onun
nümayəndələri Rusiyaya səfərlər ediblər. Rusiya prezidenti
Vladimir
Putin hərəkatı terrorizmlə mübarizədə Moskvanın müttəfiqi
adlandırıb.
2024-cü ilin dekabrında Dövlət Duması qruplaşmaların terror
təşkilatları siyahısından çıxarılması mexanizmini yaradan qanun
layihəsini qəbul edib.
"Taliban" 2003-cü ildə terror təşkilatı sırasına daxil edilmişdi.
Qərarda deyilirdi ki, "Taliban" Çeçenistan və Mərkəzi Asiya
dövlətlərində qanunsuz silahlı qruplaşmalarla əlaqəlidir və "İslam
Dövləti" terror qruplaşması ilə sıx münasibətlər saxlayır. O vaxt
Rusiya Əfqanıstanda "Taliban"a qarşı əməliyyatlar aparan ABŞ və
müttəfiqlərinə müəyyən dəstək verirdi.
2021-ci ildə "Taliban" - hakimiyyətdən qovulduqdan 20 il sonra -
Əfqanıstanda prezident Əşrəf Qani hökumətini devirərək yenidən
hakimiyyəti ələ keçirib. Talibançılar Əfqanıstanda şəriət qanunu
tətbiq edib, ictimai edamlar adi haldır. Xüsusilə qadınlara qarşı
insan hüquqlarının geniş şəkildə pozulması barədə məlumatlar var.
Onlara ibtidai məktəbdən sonra təhsil almaq, kişi qohumlarının
müşayiəti olmadan ictimai yerlərdə görünmək və ictimai yerlərdə
ucadan danışmaq qadağan edilib. Qadınların işləmək hüquqları kəskin
şəkildə məhdudlaşdırılıb. "Taliban"ın siyasəti ilə üst-üstə
düşməyən siyasi və vətəndaş fəallığı təqib olunur.
"Taliban" hökuməti beynəlxalq aləmdə tanınmır, lakin de-fakto
dünyanın əksər ölkələri bu və ya digər dərəcədə onunla iş
aparır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415