Bu yaxınlarda Ukraynada Pasxa bayramınadək atəşkəs olacağı barədə
söz-söhbət gəzirdi.
Bu baş vermədi, amma diplomatik səylərdə artıq hiss olunacaq
proqres görünməkdədir.
Parisdə aparıcı Avropa ölkələri, Ukrayna və ABŞ arasında
yüksəksəviyyəli danışıqların yaratdığı səs-küy qeyri-adi
pozitivliyə səbəb olub. Bunu AzadlıqRadiosunun aparıcı beynəlxalq
müxbiri Rey Förlonq yazır.
Əvvəla, ilk dəfəydi belə bir formatda görüş keçirilirdi. İndiyədək
ABŞ-nin Rusiyanı hansısa atəşkəsə razı salmağa yönəlik səyləri
qeyri-müəyyən ifadələr, Moskvanın Ukraynanı daha çox bombalaması
ilə nəticələnib.
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff aprelin 11-də Rusiya prezidenti
Vladimir Putinlə üçüncü görüşündən sonra razılaşmanın "peyda"
olduğunu deyib, Ukraynanın Rusiyaya böyük ərazi güzəştləri etməli
olmasına eyham vurub.
Ukrayna prezidenti Volodimir Zelenski isə Uitkoffu Rusiyanın
narrativini yaymaqda suçlayıb.
Kameraları yığışdırın,
zəhmət olmasa
Parisdən yayılmış 45 saniyəlik videoda Fransadan aparıcı müşavir
Emmanuel Bonn Uitkoffdan xahiş edir ki, açıqlama versin. Bundan
sonra təhlükəsizlik əməkdaşları çəkiliş heyətini uzaqlaşdırır.
Sanki onlar açıqlamanın kameralara düşməsini istəməyiblər.
"Tamamilə aydındır ki, Avropa liderlərinin əksəriyyəti,
Fransa prezidenti Emmanuel Makron daxil olmaqla, Stiv Uitkoffun
təkliflərinin hamısına qarşı çıxırlar", – fransalı
siyasi təhlilçi Nikolya Tenzer AzadlıqRadiosuna deyib.
Tenzer Parisdə yerləşən Siyasi Qərarlar üzrə Araşdırmalar və
Tədqiqat Mərkəzinin sədridir. O, görüşün özlüyündə proqres nişanəsi
olduğunu söyləyib:
"İndi anlayırlar ki, avropalılarsız
hər hansı razılaşma əldə edə bilməzlər".
Ukrayna ilə bağlı yeni razılaşmalar elan edilməyib. Amma tərəflər
gələn həftə Londonda yeni formatda əlavə danışıqlar aparmağa
razılaşıblar: Avropa, Ukrayna və Birləşmiş Ştatlar arasında. Bu,
böyük inkişaf sayıla bilər.
Masadakı
yer
Paris danışıqlarında ABŞ-nin elçisi Keyt Kelloq da iştirak edib. O,
fevralda Münxendə deyirdi ki. Ukraynanın gələcəyi ilə bağlı
danışıqlarda Avropanın masada yeri olmayacaq. Kelloqun özü o
vaxtdan bəri əsas görüşlərdə olmayıb.
"İndi masaya E3 yığışıb və bunu Avropanın ambisiyası ilə edirik", –
bir fransalı diplomat Britaniya, Fransa və Almaniyanı nəzərdə
tutaraq söyləyib.
Vaşinqtonda yerləşən Avropanın Siyasətinin Təhlili Mərkəzinin
(CEPA) prezidenti Alina Polyakovanın fikrincə, bu görüş Vaşinqtonun
Avropadan dəstək istədiyini göstərir.
"Onlar dərk etdilər ki, Avropanın töhfəsi gərəkdir, çünki onlar bu
işdə birbaşa maraqlıdırlar. Söhbət təkcə Ukrayna ərazisindən
getmir. Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş məsələlər
var, onları kənara ata bilməzsiz", – o söyləyib.
Parisdə liderlər bir araya gəldiyi bir vaxtda ABŞ prezidenti Donald
Tramp Ağ evdə İtaliyanın baş naziri Corca Meloni ilə görüşüb.
Tramp deyib ki, yaxın günlərdə iki şey baş verə bilər: Ukraynanın
nadir torpaq elementlərinə ABŞ-yə çıxış verəcək razılaşma əldə
oluna və Rusiya Ukraynada mümkün
atəşkəsə cavab verə bilər.
Hər iki məsələyə dair daha öncə ABŞ rəsmilərinin nikbin bəyanatları
nəticəsiz qalıb.
R.Förlonq yazır ki, amma Avropa, Ukrayna və ABŞ-nin iştirakıyla
yeni diplomatik cığır yeni salınır. İndi sual budur ki, Londonda
gözlənən görüş yeni diplomatik prosesin başlanğıcına, yoxsa daha
bir çıxmaza çevriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415