Qeyri-sabitlik fonunda daşınmaz əmlak bazarında yeni layihələrin təklifi azalacaq – "Arsi"
Daşınmaz əmlak sektorunun bəzi nümayəndələri gözləyirlər ki, bu il planlaşdırılandan daha az yeni inkişaf layihəsi başlayacaq.

BMG-yə açıqlama verən "Arsi" şirkətinin baş direktoru bildirib ki, ölkədə mövcud olan qeyri-müəyyən vəziyyət fonunda bəzi şirkətlər layihələrini daha sonraya təxirə sala bilər.

Beso Ortoidzenin sözlərinə görə, yeni layihələrin təxirə salınmasına bankların son vaxtlarda yeni inkişaf layihələrinin maliyyələşdirilməsini məhdudlaşdırması
da təsir edəcək.

"Biz hələ də qeyri-müəyyən şəraitdəyik, bu il də seçkilər var, ölkədə siyasi böhran davam edir. Banklar müəyyən qədər kreditləşməni məhdudlaşdırdığı üçün layihələrin təklifi azalacaq. Çünki kiminsə yeni layihə başlatmaq istəyi olsa da, bank krediti olmadan bunu edə bilməyəcək. Kim isə bu qeyri-sabit mühitdə yeni layihələrə başlamaq riskini götürə bilməz. Bu, o deməkdir ki, bu il əvvəlcədən planlaşdırılandan daha az layihə başlayacaq, çünki əvvəlki illərdə verilən tikinti icazələrinin sayı kifayət qədər yüksək idi," – deyə Beso Ortoidze bildirib.

Məlumat üçün bildirək ki, son dövrlərdə inkişaf şirkətləri ölkədə yaranmış qeyri-müəyyən mühit fonunda kommersiya banklarının yeni inkişaf layihələrinin maliyyələşdirilməsini yavaşlatdığını qeyd ediblər.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google