Fişer: Almaniya ümumilikdə 13 şəxsə sanksiya tətbiq edib
Gürcüstandakı Almaniya səfiri Peter Fişerin məlumatına görə, Almaniya ümumilikdə 13 nəfərə qarşı sanksiya tətbiq edib, lakin onların kimliyi məlum deyil. Fişer bu məlumatı BMG TV-nin "Redact2" proqramına verdiyi müsahibədə bölüşüb.

"Gürcüstana gələndə baş nazir mənə dedi ki, siz bizim ən yaxşı dostlarımızsınız, bir çoxları da eyni fikri bildirdi. Lakin 2024-cü ildən etibarən hər şey dəyişdi.
Təfərrüata gedə bilmərəm, amma münasibətlərimiz böhran içindədir.

Bizim qiymətləndirməmizə görə, nümayişçilərə qarşı insan hüquqları pozulub, həmçinin toplaşma və ifadə azadlığı da məhdudlaşdırılıb. Avropa İttifaqına daxil olmaq üçün insan hüquqlarına hörmət əsasdır, lakin bu hüquqlar əhəmiyyətli dərəcədə pozulub. Siyasətimiz və ümumi yanaşmamız belədir ki, insan hüquqları daxili siyasətin bir hissəsi deyil, çünki insan hüquqlarının beynəlxalq standartları mövcuddur. Bizim borcumuz onları qorumaqdır.

Məhz buna görə də biz 13 nəfərə sanksiya tətbiq etdik, bu sanksiyalar ölkəyə giriş qadağasını ehtiva edirdi. Bizim qiymətləndirməmizə görə, insan hüquqlarının pozulmasına cavabdeh olan 13 nəfər sanksiyalanıb. Biz insan hüquqlarını pozan şəxslərin ölkəmizə gəlməsini istəmirik,"
– deyə səfir bildirib.

Sanksiya tətbiq edilən şəxslərin kimliyinin niyə açıqlanmadığına dair sual verildikdə, səfir belə izah edib:

"Sanksiyalar Gürcüstana mesajdır ki, biz insan hüquqlarının pozulmasını qəbul etmirik və bu hərəkətləri dayandırmağı tələb edirik. Almaniyada ayrıca şəxsi məlumatların qorunmasını təmin edən qanun var və məhz buna görə biz bu fərdlərin adlarını dərc etmirik. Müvafiq olaraq, qanun mənə açıq şəkildə adlar haqqında danışmağa mane olur," – deyə Peter Fişer bildirib.

Almaniya Gürcüstan rəsmilərinə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı iki dəfə açıqlama yayıb. 31 dekabr 2024-cü ildə Almaniya nümayişçilərə qarşı zorakılığa görə cavabdeh olan 9 nəfərin ölkəyə girişini qadağan edib. 24 mart 2025-ci ildə isə Almaniya əlavə səfər məhdudiyyətləri tətbiq edib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google