Ukraynanın Xarkov şəhərinə Rusiyanın zərbəsindən bir nəfər həlak
olub, azı 70 nəfər xəsarət alıb.
Xəsarət alanların altısı uşaqlar və yeniyetmələrdir.
Xarkovun meri İqor Terexovun dediyinə görə, azı 20 çoxmənzilli və
30 şəxsi evə, təhsil ocağı və minik avtomobillərinə ziyan
dəyib.
Həlak olan şəxs hücum vaxtı evində olan sakindir.
16 aprel
Rusiya Dnepri vurub,
ölənlər var
Aprelin 16-da Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərinə
Rusiyanın dron hücumunda biri uşaq olmaqla 3 nəfər öldürülüb, azı
30 nəfər xəsarət alıb.
Xəsarət alanlardan üçü uşaqdır, beşi xəstəxanaya yerləşdirilib.
Hücum bir neçə yerdə yanğına, dağıntılara səbəb olub.
AzadlıqRadiosu Ukrayna rəsmilərinin dediklərini təsdiqlədə
bilməyib.
Xarkov vilayətinə raket zərbəsindən isə İzyum şəhərində iki nəfər
yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski aprelin 16-da Kiyevdə müdafiə
sənayesi təmsilçiləri ilə görüşüb. O deyib ki, hazırda Ukrayna
cəbhə xəttində istifadə olunan silahların 40 faizini istehsal
edir.
"Artıq müdafiə sənayemiz mindən çox silah növü istehsal
edir: artilleriya mərmilərindən tutmuş, raketlərə, uzaqməsafəli
silahlara, dronlara qədər", – Zelenski görüşdə
deyib.
Ancaq Zelenski ölkəsinin xaricdən silah təchizatından da çox asılı
olduğunu bildirib.
O, ötən həftə ABŞ-yə 10 "Patriot" havadan müdafiə sistemi üçün 15
milyard dollarlıq saziş təklif edib.
Ukrayna parlamenti ölkədə hərbi vəziyyət və səfərbərlik fərmanını
daha 90 günlüyə uzadıb. Qanunverici orqanın üçdə ikisi Zelenskinin
təqdim etdiyi bu iki təklifə səs verib. Zelenski imzalayandan sonra
hərbi vəziyyət avqustun 6-dək uzadılacaq. Onun müddəti mayın 9-da
başa çatırdı.
Zelenskinin əsas rəqibi, keçmiş prezident Petro Poroşenko hökuməti
parlament vasitəsilə müddəti tələsik uzatmaqda ittiham edib.
"Hərbi vəziyyət təkcə ölkənin müdafiəsi üçün deyil, həm
də avtoritar rejimin qurulması üçün istifadə olunur",
– Poroşenko sosial mediada yazıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı işğala
başlayandan sonra hökumət hərbi vəziyyət və səfərbərlik elan
edib.
Zelenskinin seçki keçirə biləcəyi ətrafında spekulyasiya var, amma
hərbi vəziyyətdə bu, mümkün deyil. Bu qanun 18-60 yaşlı
çağırışçıların ölkədən çıxmasını yasaqlayır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415