ABŞ-ın Yəməndəki limana hücumu nəticəsində 38 nəfər həlak olub

Yəmənin yanacaq limanına ABŞ tərəfindən həyata keçirilən hava hücumu nəticəsində azı 38 nəfər həlak olub.

Yerli medianın məlumatına görə, bu, ABŞ-ın İrana dəstək verən qruplara qarşı başladığı hücumlar fonunda, son dövrdə baş vermiş ən ciddi insidentlərdən biridir.

Məlumata əsasən, ABŞ Yəmənin qərbində yerləşən yanacaq limanına hücum edib. Hücumun məqsədi husilərin yanacaq mənbəyini məhv etmək olub. Xarici
KİV-lərin verdiyi məlumata görə, hücum nəticəsində 102 nəfər yaralanıb.

ABŞ bildirib ki, keçmiş prezident Donald Trampın dövründə başladılan Yaxın Şərqdəki ən böyük hərbi əməliyyatlardan birini dayandırmaq niyyətində deyil — ən azı o vaxta qədər ki, husilər Qırmızı dənizdə yüklərin daşınmasına mane olurlar.

2023-cü ilin noyabr ayından etibarən husilər İsrailin Qəzza zolağına hücumlarına etiraz olaraq Qırmızı dənizdə tranzit gəmilərinə qarşı dronlar və raketlərdən istifadə edirlər. Qəzzadakı atəşkəs razılaşmasının iki ay davam etməsindən sonra hücumlar dayandırılmışdı, lakin ötən ay İsrailin razılaşmanı pozması səbəbilə, husilər hücumların yenidən başlayacağını elan etdilər.


Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google