Xonidə 3 uşaq yol qəzasında öldü
Xonidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç azyaşlı həlak olub.

Yayılan məlumata görə, avtomobil körpüdən suya aşıb və nəticədə üç azyaşlı hadisə
yerindəcə həyatını itirib. İki nəfər isə xəsarət alaraq klinikaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə ilə bağlı istintaq başlanılıb.
Print Email
FaceBook Twitter Google