Harvard Universiteti federal məhkəmədə Donald Tramp
administrasiyasına qarşı iddia qaldıraraq,
Ağ evin universiteti federal qrant və müqavilələrdən məhrum etmək
cəhdinin qanunsuz olduğunu bildirib.
İddiada federal maliyyənin dondurulması sərəncamının qüvvəyə
minməsini önləmək xahiş olunur.
Universitet Tramp administrasiyasını Konstitusiyaya Birinci
düzəlişi, federal qanunları pozmaqda günahlandırır və xəbərdarlıq
edir ki, dövlət maliyyəsinin itirilməsi tibbi tədqiqatlara, yeni
dərmanların yaradılmasına mənfi təsir
göstərəcək.
Tramp Harvard
Universitetinin 2.3 milyard dollarını dondurub
Harvard Universiteti aprelin 14-də Tramp administrasiyası
tərəfindən daxili siyasətində dəyişikliklər etməsi ilə bağlı irəli
sürülən çoxsaylı tələbləri rəsmi şəkildə rədd edib. Bildirilib ki,
bu tələblər hökumətin universitet üzərində nəzarəti ələ keçirmək
cəhdidir. Bundan cəmi bir neçə saat sonra Harvard üçün ayrılmış 2.3
milyard dollarlıq federal maliyyələnin dondurulduğu elan
edilib.
Harvard Universiteti üçün federal maliyyələşmənin dayandırılması
Tramp administrasiyasının federal qrantların verilmə qaydalarını
yenidən nəzərdən keçirməsi fonunda baş verib. Bu kampaniya təxminən
9 milyard dollar həcmində federal qrantları əhatə edir.
Aprelin 14-də ABŞ Təhsil Nazirliyinin xüsusi işçi qrupu Harvardı
ölkənin ən nüfuzlu universitetlərinə xas olan
"narahatedici
dərəcədə cəzasızlıq hissinin kök salmasında" ittiham edib.
Xüsusi işçi qrup bildirib ki, federal investisiyalar vəsaiti alan
qurum vətəndaş hüquqları qanunlarına riayət etməlidir.
Harvard Universiteti federal maliyyənin kəsilməsindən yaranan
potensial itkiləri kompensasiya etmək üçün Uolt Stritdən 750 milyon
dollar borc almağı planlaşdırır.
Universitetin
muxtariyyətinə "əsassız və qanunsuz" müdaxilə
Harvard Universitetinin prezidenti Alan Qarber açıq məktubunda ABŞ
Təhsil Nazirliyinin tələblərinin hökumətə universitet üzərində
nəzarət imkanı verdiyini bildirib. O əlavə edib ki, bu,
"Harvardın, bir özəl qurum kimi, biliklərin azad
şəkildə axtarılması, yaradılması və yayılması ilə bağlı
prinsiplərinə təhlükə yaradır".
"Heç bir hakimiyyət — partiyasından asılı olmayaraq —
nəyi tədris etməli, kimi qəbul və işə götürməli, hansı tədqiqat
sahələrini inkişaf etdirməli olduğumuzu diktə edə
bilməz", - Qarber yazıb.
O əlavə edib ki, tələbələrin və müəllim heyətinin fikirlərini
yoxlamaq tələbləri söz azadlığı hüququnu pozur.
Qarber vurğulayıb ki, Harvard Universiteti antisemitizm təzahürləri
ilə mübarizəni davam etdirəcək, lakin
"bu, akademik
fəaliyyətə və universitetin muxtariyyət prinsiplərinə əsassız və
qanunsuz müdaxilə yolu ilə həyata keçirilə bilməz".
Ağ evin mətbuat katibinin müavini Harrison Filds isə bildirib ki,
Tramp Amerika ali təhsilini yenidən gücləndirir, nəzarətsiz
antisemitizmə qarşı mübarizə aparır və vergi ödəyicilərinin
pullarından "irqi ayrıseçkiliyin və ya irqi zəmində zorakılığın
dəstəklənməsi" üçün istifadəsinə imkan vermir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415