Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın qondarma "xarici işlər naziri" Oleq Barçits Tbilisiyə müraciət edərək “işğal olunmuş ərazilər haqqında qanun”un ləğv edilməsini tələb edib
Qondarma nazir bu barədə bu gün, 22 aprel tarixində Rusiya dövlət agentliyi “TASS”a verdiyi müsahibədə danışıb. O bildirir ki, Gürcüstan hökumətinin bəyanatları – guya "əsas qonşular – Abxaziya, Cənubi Osetiya və Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması" barədə – onların diqqətindən kənarda qalmır.

Abxaziyanın qondarma xarici işlər nazirinin sözlərinə görə, bu bəyanatların praktik təsdiqi və real addımlar
vacibdir. Bu addımlar arasında “işğal olunmuş ərazilər haqqında qanun”un ləğvi də olmalıdır, çünki bu qanun, onun fikrincə, “heç bir tənqidə davam gətirmir”.

Qeyd edək ki, Gürcüstan bu qanunu 2008-ci ilin avqust müharibəsindən və Rusiya tərəfindən Abxaziya və Tsxinvali bölgəsinin qondarma müstəqilliyinin tanınmasından sonra qəbul edib.

Abxaziyanın qondarma "respublikasının" qondarma “prezidenti” Badra Qunba, Oleq Barçitsi 2025-ci il aprelin 18-də “xarici işlər naziri” təyin edib. O, bu vəzifədə Sergey Şambanı əvəz edib.

“TASS” tərəfindən bu gün yayımlanan müsahibədə Barçits, qondarma hakimiyyətin dəfələrlə ifadə etdiyi fikri təkrarlayaraq, Gürcüstanın “güc tətbiq etməmək haqqında sazişə” də imza atmalı olduğunu deyir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google