Marneuli ictimai məktəblərində 18 vakant müəllim yeri elan edilib.
Müəllimlər üçün vakansiyalar müvafiq veb-səhifəyə
yerləşdirilib.
Marneuli bələdiyyəsində yerləşən 8 məktəb müəllim axtarır.
Qırmızıkənd, Keşəli, Qızılhacılı, Sabirkənd, Qasımlı, Böyük Bəylər,
Ağqula və Marneuli şəhər məktəblərində müxtəlif fənlər üzrə boş
yerlər mövcuddur.
Aşağıda müxtəlif vəzifələr və onların təxmini əməkhaqqı ilə tanış
ola bilərsiniz:
Qırmızıkənd ictimai məktəbi – Riyaziyyat müəllimi
- İş yükü: həftədə 20 saat
- Təxmini əməkhaqqı: 0–945 lari/ay
Keşəli ictimai məktəbi
- Təsviri və tətbiqi incəsənət müəllimi – 16 saat/həftə –
945 lari/ay
- "Mən və cəmiyyət" müəllimi – 12 saat/həftə – 0–945
lari/ay
- Təbiət elmləri müəllimi – 16 saat/həftə – 0–945
lari/ay
- Riyaziyyat müəllimi – 15 saat/həftə – 0–945
lari/ay
Qızılhacılı 1 saylı ictimai məktəbi – Riyaziyyat müəllimi
- İş yükü: həftədə 15 saat
- Təxmini əməkhaqqı: 0–945 lari/ay
Sabirkənd 1 saylı ictimai məktəbi – Riyaziyyat müəllimi
- İş yükü: həftədə 20 saat
- Təxmini əməkhaqqı: 0–945 lari/ay
Qasımlı ictimai məktəbi – Aşağıdakı fənlər üzrə 4 vakant yer:
- Təbiət elmləri
- Riyaziyyat
- Bizim Gürcüstan
- Təsviri və tətbiqi incəsənət
Böyük Bəylər ictimai məktəbi – "Mən və cəmiyyət" fənni üzrə
müəllim
- İş yükü: həftədə 4 saat
- Təxmini əməkhaqqı: 0–945 lari/ay
Marneuli 6 saylı ictimai məktəbi – 4 vakant yer mövcuddur:
- Təbiət elmləri
- Riyaziyyat
- Bizim Gürcüstan
- Təsviri və tətbiqi incəsənət
- Ağqula ictimai məktəbi – 2 vakant yer:
- Təbiət elmləri
- Bizim Gürcüstan
Vakansiyalarla bağlı ətraflı məlumatı bu keçiddən əldə edə
bilərsiniz:
LİNKƏ
DAXİL OLUN!
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415