Rusiya Niderlanda və onun Avropadakı müttəfiqlərinə qarşı hibrid
hücumlarını gücləndirir. Bu barədə Niderlandın hərbi kəşfiyyat
agentliyi - MIVD-in aprelin 22-də yayımlanan illik hesabatında
bildirilib.
Hesabata görə, Rusiyanın bu hücumları Avropa cəmiyyətlərini
zəiflətmək və onlara təsir etmək məqsədi daşıyır.
MIVD bildirib ki, Rusiya Niderland vətəndaşlarının səs verməsinə
mane olmaq üçün bu ölkənin siyasi partiyalarına və ictimai
nəqliyyat şirkətlərinə
aid internet saytlarına kiberhücumlar təşkil
edərək 2024-cü il Avropa seçkilərini pozmağa cəhd göstərib.
MIVD-nin direktoru və vitse-admiral Peter Reysink deyib:
"MIVD Rusiyanın Avropaya qarşı təhdidinin azaldığını
yox, artdığını görür. Hətta Ukrayna ilə müharibənin mümkün sona
çatmasından sonra da bu davam edə bilər".
"Beynəlxalq siyasətdə və müttəfiqlik sahəsində
təlatümlü inkişafı görürük... Bunun başvermə sürəti və
təhlükəsizliyimizə potensial təsiri görünməmiş
dərəcədədir", - o əlavə edib.
MIVD hesabatında Rusiyanın Niderlanddakı bir neçə əməliyyatı, rus
haker qrupunun kibertəxribat hücumu barədə də məlumat verib.
MIVD casusluq, internet kabellərinə, su təchizatı sistemlərinə və
elektrik şəbəkələrinə qarşı mümkün Rusiya təxribatlarından
narahatlığını ifadə edib.
Ötən ilin noyabrında da Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı
Avropada "təxribat kampaniyası"nda ittiham etmişdi.
Rusiya tərəfi bütün ittihamları rədd edir və onları əsassız
adlandırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415