Rubio Dövlət Departamentində yenidənqurma elan etdi
Donald Tramp administrasiyası təkrarlanan strukturları azaltmaq və milli maraqlara uyğun olmadığını düşündüyü proqramları ləğv etmək məqsədilə Dövlət Departamentində əsaslı yenidənqurmaya başlayıb.

Bu barədə aprelin 22-də dövlət katibi Marko Rubio bildirib.

"Bu yanaşma mərkəzi aparatdan tutmuş, xaricdəki missiyalara qədər bütün səviyyələrdə qurumun effektivliyini artıracaq", - Rubio vurğulayıb. Onun sözlərinə görə, konkret regionlara yönəlmiş funksiyalar onların effektivliyini artırmaq
üçün birləşdiriləcək, artıq bölmələr ləğv ediləcək, qanunla nəzərdə tutulmayan və Birləşmiş Ştatların xarici siyasət prioritetlərinə uyğun gəlməyən proqramlar bağlanacaq.

İslahat çərçivəsində Dövlət Departamentinin Mülki təhlükəsizlik, demokratiya və insan hüquqları idarəsinə indi xarici yardım və humanitar məsələlər üzrə koordinator rəhbərlik edəcək.

Rubio Dövlət Departamentinin hazırkı strukturunu kəskin tənqid edərək bildirib ki, o, "şişkinləşib, bürokratikləşib və böyük güclərin rəqabətinin yeni erasında əsas diplomatik vəzifələrini yerinə yetirə bilmir".

İslahatlar Trampın ABŞ diplomatik xidmətinin yenidən təşkili ilə bağlı fevral sərəncamından irəli gəlir. Martda administrasiya rəsmiləri təxminən 10 konsulluğu bağlamağa hazırlaşdıqlarını bildiriblər. Lakin Rubionun bəyanatında Amerikanın hər hansı diplomatik missiyasının tezliklə bağlanacağından bəhs edilmir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google