"Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili siyasətdən
gedir, yəni partiyanı da tərk edir.
Bu barədə o, brifinqdə bəyanat verib.
“O şərəfli missiyanı, hansı ki, mənə vaxtilə – əvvəl
Müdafiə naziri, sonra ikinci dəfə Baş nazir təyin olunanda, daha
sonra isə partiyanın sədri seçiləndə – partiyanın qurucusu və
komanda tərəfindən həvalə olunmuşdu, artıq yerinə yetirdiyimi deyə
bilərəm.
İndi isə nə partiya sədrliyində, nə də ümumilikdə siyasətdə
qalmağın zərurətini görmürəm. Məhz buna görə qərara gəldim ki,
"Gürcü Arzusu"nun sədrliyindən istefa verim və siyasətdən gedim. Öz
ölkəmə xidmətimi isə başqa mövqedən davam
etdirəcəyəm,” – deyə Qaribaşvili bildirib.
O, “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra iki dəfə Baş
nazir vəzifəsində çalışıb, həmçinin Daxili İşlər naziri və Müdafiə
naziri olub. Son dövrlərdə isə Baş nazir vəzifəsindən istefa
verdikdən sonra partiyanın sədri idi.