Bu gün, 25 aprel tarixində “Gürcü Arzusu” partiyasının sədri
vəzifəsindən getdiyini
və ümumiyyətlə siyasətdən ayrıldığını açıqlayan İrakli
Qaribaşviliyə brifinq zamanı belə bir sual verildi:
Gələcəkdə siyasətə müxalifətçi kimi qayıtmaq ehtimalı varmı?
Qaribaşvili cavab verdi:
“Kiminlə qarşı-qarşıya gəlməliyəm
ki?!”
O, bundan əvvəl dəfələrlə Bidzina İvanişviliyə təşəkkür etmiş və
onu tərifləmişdi.
Qaribaşvilinin sözlərinə görə, onun guya müxalifətə
keçəcəyi haqda
yayılan söz-söhbətlər tamamilə əsassız spekulyasiyadır. Xatırladıb
ki, Bidzina İvanişvili özü də keçmişdə demişdi ki, öz hökuməti üçün
müxalifəti özü yaratmaq istəyir. Bu səbəbdən də bəzi şayiələr
dolaşır ki, bu “saxta müxalifət” partiyasının lideri Qaribaşvili
ola bilərdi.
Amma Qaribaşvili bildirib ki, hazırda onun əsas motivasiyası
siyasətdən getmək, ailəsinə daha çox vaxt ayırmaqdır və əlavə
edib:
“Qalanını həyat göstərəcək.”
Keçmiş
Baş nazirin sözlərinə görə, hələ dəqiq bilmir ki, gələcəkdə harada
çalışacaq, lakin bu, özəl sektor – yəni biznes sahəsi olacaq.
Sual verilib ki, gələcəkdə siyasətə qayıdacağını istisna
edirmi?
Qaribaşvili cavab verib:
“Həyatda heç nəyi istisna etmək olmaz, amma bu anda
siyasətə qayıtmaq nə arzumdur, nə də planlarımda
var.”
Xatırladaq ki, İrakli Qaribaşvili siyasətə Bidzina İvanişvili ilə
birlikdə gəlmişdi. O, əvvəlcə daxili işlər naziri, sonra isə baş
nazir olmuşdu. 2015-ci ildə siyasətdən getmiş, lakin 2019-cu ildə
müdafiə naziri olaraq qayıtmış, sonra isə yenidən baş nazir postuna
gətirilmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415