"Gürcü Arzusu" hökumətinin 17 aprel qərarına əsasən, müəyyən olunub
ki, bəzi ölkələrin vətəndaşları
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər,
Küveyt və ya Oman tərəfindən verilmiş çoxgirişli viza və ya oturma
icazəsinə sahib olduqları halda, Gürcüstana vizasız olaraq 1 il
müddətinə daxil ola bilərlər.
Qərara əsasən, bu viza və ya icazə, Gürcüstan sərhədini keçdikləri
tarixd
ən etibarən ən azı bir il müddətinə qüvvədə olmalı və bu,
biometrik pasport və ya səyahət sənədi kimi müvafiq sənədlərlə
təsdiqlənməlidir.
Yeni qaydaya təsir edən 17 ölkənin siyahısı belədir:
- Əfqanıstan İslam Respublikası
- Banqladeş Xalq Respublikası
- Qana Respublikası
- Efiopiya Federativ Demokratik
Respublikası
- Eritreya Dövləti
- Yəmən Respublikası
- Kamerun Respublikası
- Kot-d’İvuar Respublikası
- Konqo Demokratik Respublikası
- Mərakeş Krallığı
- Nigeriya Federativ Respublikası
- Pakistan İslam Respublikası
- Somali Federativ Respublikası
- Suriya Ərəb Respublikası
- Sudan Respublikası
- Tanzaniya Birləşmiş Respublikası
- Uqanda Respublikası
Qərar 2025-ci il 16 may tarixində qüvvəyə minir.
Gürcüstanda xarici vətəndaşların vizasız giriş qaydası 2015-ci il 5
iyun tarixindən qüvvədədir və bu, Gürcüstan hökumətinin №256
nömrəli qərarına əsaslanır. Bu qaydaya əsasən, hökumət tərəfindən
müəyyən olunmuş təxminən 50 ölkənin vətəndaşlarına Gürcüstana
vizasız daxil olmaq icazəsi verilir.
Bundan başqa, istisna hallara da icazə verilir: əgər şəxs yuxarıda
qeyd olunan 50 ölkənin vətəndaşı deyilsə belə, əgər bu ölkələrdən
verilmiş etibarlı çoxgirişli vizası və ya yaşayış icazəsi varsa,
Gürcüstana vizasız daxil ola bilər.
Bu 17 ölkənin vətəndaşları əgər həmin 50 ölkədən hər hansı birinin
etibarlı vizasına və ya yaşayış icazəsinə sahib olsalar,
Gürcüstanda hər gəlişdə 180 gündən 90 günədək olmaqla, ildə iki
dəfə vizasız qala biləcəklər.
Yenilənmə:
"Gürcü Arzusu"nun Daxili İşlər Nazirliyi bildirib ki, bu dəyişiklik
sözügedən ölkələrin vətəndaşları üçün Gürcüstana daxilolmanı
asanlaşdırmır, əksinə sərtləşdirilməyə xidmət edir. Nazirliyin
açıqlamasına görə, əvvəlki qaydalarda bu ölkələrin vətəndaşları
əgər Körfəz ölkələrinin vizası və ya oturma izni daşıyırdılarsa,
Gürcüstana daxil ola bilirdilər, amma viza müddətinə dair tələb yox
idi.
İndi isə bu tələblər sərtləşdirilib — viza və ya icazə qüvvədə
olmalı və bunu təsdiqləyən sənədlər təqdim olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415