"Tam olaraq onun [Qaxarianın] dövründə Pankisi
hadisəsi, Çorçana insidenti,
Basiani hadisəsi, 20 iyun hadisələri baş verdi – bu
hamısı sadəcə təsadüfmü idi? Vaxtаnq Qomelauri dövründə bircə belə
hal baş vermədi. Onun [Qaxarianın] gedişindən sonra da belə hallar
müşahidə olunmadı.
O vaxt çox çətin kadrlara rast gəldik. Beş günlük dövrdə çəkilmiş
ağır görüntülər oldu. Bu görüntülərin içində elə hadisələr və pis
davranışlar da vardı ki, onların qeydə alınmasından sonra nəzarət
daha da gücləndi. Rəhbərlik tərəfindən də ciddi xəbərdarlıq oldu –
istər bunu yaxşı, istər pis mənada qəbul edin – amma mesaj beləydi:
belə hallar heç bir halda təkrarlanmamalıdır. Və nəticədə vəziyyət
də yaxşılaşdı.
Amma indi, bir polisin bir adama üzünə ayaqla zərbə vurması – bu
bizə, ya kiməsə xoş oldumu? Bu yalnız bəzi adamlara sevinc gətirdi.
Bizə isə bu çox pis təsir etdi", - deyə İvanişvilinin
deputatı Mamuka Mdinaradze bildirib.