Ozurgetidən Tbilisiyə gedən sərnişin qatarının vaqonunda yanğın
baş verib.
Hadisə yerinə yanğınsöndürən xidməti cəlb edilib.
"Hal-hazırda Gürcüstan Dəmir Yolu sərnişinləri
alternativ nəqliyyat vasitələri ilə daşımaq üçün işləyir, əlavə
qatar yoldadır", - Gürcüstan Dəmir
Yolundan
bildirilib.
Yayılan görüntülərdə göstərilir ki, alov bir vaqonu tam bürüyüb,
lakin dəmir yolundan bildirilir ki, bu "qəza vəziyyətidir".
Sərnişinlərin təxliyəsi Xaşuridə həyata keçirilib. Dəmir Yolunun
məlumatına görə, xəsarət alan yoxdur.