2024-cü ildə Gürcüstanı tərk edən rusiyalı miqrantların sayı daxil olanların sayından artıq olub
2024-cü ildə Gürcüstana Rusiyanın 23,574 vətəndaşı miqrasiya edib ki, bu da 2023-cü ilin göstəricisindən 2 dəfə azdır.

Statistika xidmətinin rəsmi məlumatlarına əsasən, keçən il ölkəni 25,612 Rusiya vətəndaşı tərk edib. Bu isə miqrasiya balansının mənfi olduğunu və Gürcüstandan daha çox Rusiya vətəndaşının getdiyini göstərir.

Diqqətəlayiqdir ki, miqrantlar və köçkünlər haqqında rəsmi statistikada Gürcüstan vət
əndaşlarından sonra ən çox Rusiya Federasiyasının vətəndaşlarıdır.
Əgər keçmiş illərin statistikası ilə müqayisə etsək, Rusiya vətəndaşlarının həm miqrantlar, həm də köçkünlər siyahısında sayı azalıb.

Xüsusilə 2022-ci ildə Rusiyanın Ukrayna ilə müharibəsinin başlanması ilə əlaqədar ölkə çox sayda rus miqrant qəbul etdi. Daha detallı olaraq, Rusiya vətəndaşlarının miqrasiya statistikası belədir:
2022-ci il - miqrant: 62,304 / köçkün: 5,935
• 2023-cü il - miqrant: 52,627 / köçkün: 35,344
• 2024-cü il - miqrant: 23,574 / köçkün: 25,612


Rəsmi metodologiya ilə kim miqrant və ya köçkün sayılır?

Köçkün – şəxsin Gürcüstanı tərk etməsi və son 12 ay ərzində ən azı 183 gün başqa bir ölkədə yaşaması, Gürcüstan isə onun daimi yaşayış yeri olması (yəni, ölkədən getməzdən əvvəl son 12 ayda Gürcüstanda ən azı 183 gün qalması).

Miqrant – şəxsin Gürcüstan sərhədini keçməsi və son 12 ay ərzində ən azı 183 gün Gürcüstanda yaşaması, amma Gürcüstan onun daimi yaşayış yeri olmaması (yəni, son 12 ayda Gürcüstan sərhədlərindən kənarda ən azı 183 gün keçirməsi).

Buna görə, köçkünlər statistikaya daxil ola bilər, əgər onlar Gürcüstanda daimi yaşayırdılarsa və ilin ərzində ən azı 6 ay ölkəni tərk ediblərsə.
Eyni şəkildə, miqrantlar statistikaya daxil ola bilərlər, həm xarici vətəndaşlar, həm də Gürcüstan vətəndaşları, əgər onlar xaricdə daimi yaşayıb, 6 aydan çox müddətə Gürcüstana daxil olurlarsa.

Nəticə etibarilə, bir şəxs bir il ərzində miqrant, digər il isə köçkün kimi qeydiyyata alınmış ola bilər.
2024-cü ildə Gürcüstandan 64,594 vətəndaş köçüb və miqrasiya balansı müsbət olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google