"Enguri” ansamblının Türkiyəyə səfəri üçün Mədəniyyət Mərkəzi güman ki, 18 750 lari xərcləyəcək
Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Enguri” xoreoqrafik ansamblı Türkiyənin Antalya şəhərində keçiriləcək “Beynəlxalq Rəqs və Musiqi Festivalı Alanya-Antalya 2025” festival-müsabiqəsində iştirak edəcək.

Marneuli Mədəniyyət Mərkəzinin aprelin 16-da elan etdiyi tenderə əsasən, Mədəniyyət Mərkəzi “Enquri” ansamblının üzvlərinin Marneulidən Antalyaya və əks istiqamətdə avtobuslarla daşınma xidmətlərini alır.

Mədəniyyət Mərkəzi “Enquri” ansamblının üzvlərinin Marneuli-Antalya-Marneuli istiqamətində avtobusla daşınması üçün 19 000 lari
dəyərində tender elan edib.

Tenderdə yalnız bir nəfər, fərdi sahibkar Şota Lomidze iştirak edib. Lomidze “Mədəniyyət Mərkəzi”-nə 18 750 lariyə sərnişindaşıma xidməti göstərməyi təklif edib.

Tender sənədlərinə əsasən, ansambl üzvləri mayın 15-də Antalyaya festivala yola düşəcək və mayın 20-də geri qayıdacaqlar. Ansambl üzvlərini daşıyacaq avtobus 67 nəfər üçün nəzərdə tutulmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google