Los-Ancelesdə qətl ittihamı ilə 3 Gürcüstan vətəndaşı həbs edilib

ABC-nin məlumatına görə, Los-Anceles Polis Departamenti üç Gürcüstan vətəndaşını saxlayıb.

Onlar başqa bir Gürcüstan vətəndaşına qarşı törədilmiş zorakı qarət və qətldə ittiham olunurlar.

38 yaşlı Paata Koçiaşvili, 46 yaşlı Zaza Otaraşvili və 52 yaşlı Besik Xutsişviliyə qarşı qətl maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə 26 aprel tarixində De La Osa küçəsində baş verib. Los-Anceles Polis Departamentinin
məlumatına görə, 47 yaşlı zərərçəkən Aleksandre Modebadze hadisə yerində həyatını itirib.

Polisin verdiyi məlumata əsasən, qarət məqsədilə Modebadze əvvəlcə girov götürülüb, daha sonra isə baş nahiyəsinə ağır xəsarətlər yetirilib. FBI-nin dəstəyi ilə polis qısa zamanda üç şübhəlini taparaq həbs edib. Onlara qarşı rəsmi ittiham irəli sürülüb və hər biri üçün 2 milyon dollar məbləğində girov təyin olunub.


Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google