2023-cü il sentyabrın 1-dən bu günə qədər Gürcüstanda ümumilikdə 38
587 xarici vətəndaş qanuni şəkildə işlə təmin olunub.
Onlardan 16 848 nəfəri yalnız 2024-cü ildə işə düzəlmiş
şəxslərdir.
Bu barədə məlumat Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi
Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən
"Businesspressnews"un sorğusuna cavab olaraq təqdim edilib.
Nazirliyin cavabında
bildirilir:
“2023-cü il 1 sentyabrdan bu günə qədər əmək
miqrasiyası üzrə xüsusi elektron sistemdə 144 ölkədən yerli
işəgötürənlərlə əmək münasibətinə girən 38 587 əmək miqrantı
qeydiyyatdan keçib. Bu şəxslərin 16 848-i isə 2024-cü ildə
qeydiyyatdan keçmiş əmək miqrantlarıdır”, -
nazirliyin cavabında deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415