2025-ci ilin yanvar-mart aylarında tikinti icazələrinin sayı azalıb – Kvemo Kartli ən çox tikinti icazə tələb edən regionlardandır
Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk üç ayında Gürcüstanda 2 358 tikinti icazəsi verilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4% azalma deməkdir. İcazələr ümumilikdə 2 591 000 kvadratmetr sahəni əhatə edən tikinti obyektlərini əhatə edir ki, bu da illik müqayisədə 11.9% artım deməkdir. Məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Statistikaya görə, tikinti icazələrinin
75.5%-i ölkənin dörd əsas regionuna aiddir. Belə ki, tikinti işlərinin 47.4%-i Tbilisi, 12.9%-i Kvemo Kartli, 8.0%-i Mtsxeta-Mtianeti və 7.2%-i Kaxeti bölgəsinə düşür.

Hesabat dövründə çoxfunksiyalı yaşayış kompleksləri, ticarət obyektləri, mehmanxanalar, sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri və digər binaların tikintisi üçün icazələr verilib.

2025-ci ilin yanvar-mart aylarında istismara verilmiş obyektlərin ümumi sahəsi 659.6 min kvadratmetr olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.1% azdır. İstismara verilən obyektlərin sayı isə 698 olub (illik müqayisədə 17% az).

Bu obyektlərin üçdə ikisindən çoxu dörd əsas regionda yerləşir: 32.5%-i Tbilisidə, 14.0%-i Mtsxeta-Mtianetidə, 11.3%-i Kaxetidə və 9.3%-i Şida Kartlidə qeydiyyata alınıb.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google