Rusiyalıların xarici istiqamətlərə etdiyi may ayı
aviarezervasiyaları arasında ən çox artım Batumi istiqamətində
qeydə alınıb
– bu istiqamət üzrə artım 111% təşkil edib. İkinci yerdə isə
92%-lik artımla Kiprin Larnaka şəhəri qərarlaşıb. Bu istiqamətlər
2024-cü ilin eyni dövrü ilə müqayisədə ikiqat artım
göstəriblər.
Bu barədə Rusiya aviabiletləri servisi olan Aviasales-in
araşdırmasına əsasən TASS məlumat yayıb.
Araşdırmaya görə,
may ayında Batumidə istirahətin orta müddəti bir
həftə təşkil edir və ümumi rezervasiyaların 7%-i uşaqlar üçün
nəzərdə tutulub. Bir böyüklər üçün iqtisadi sinif aviabiletinin
orta qiyməti 15.700 rubl (təxminən 192 ABŞ dolları) təşkil edir ki,
bu da ötən ilin mayı ilə müqayisədə 23% daha ucuzdur.
Müqayisə üçün, Larnakada rusiyalı turistlər orta hesabla 12 gün
qalırlar, və bu istiqamətdə də uşaqlarla edilən səfərlər ümumi
rezervasiyaların 7%-ni təşkil edir. Aviabiletin orta qiyməti isə
29.800 rubl (təxminən 364 ABŞ dolları) olub, bu da ötən ilə
nisbətən 29.5% ucuzlaşma deməkdir.
Faiz artımı baxımından üçüncü yerdə Misirin Şarm əl-Şeyx kurortu
yer alıb – bu istiqamət üzrə tələbat il ərzində 65% artıb. Burada
istirahətin orta müddəti 9 gündür və ümumi rezervasiyaların 17%-i
uşaqlarla birlikdə səyahətlərə aiddir. Bir böyüklər üçün iqtisadi
sinif biletin orta qiyməti 24.700 rubl (təxminən 302 ABŞ dolları)
təşkil edir, bu isə keçən ilin ortalama qiymətindən 19%
bahadır.
Ümumilikdə, rusların 2025-ci ilin may ayında xarici istiqamətlər
üzrə rezervasiyalarının payı keçən illə müqayisədə 8% artaraq bütün
rezervasiyaların 37%-ni təşkil edib. Xarici istiqamətlər arasında
ən çox seçilən şəhərlər İstanbul, Daşkənd, İrəvan, Antalya və Minsk
olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415