İranın ədliyyə qurumu bildirib ki, İsrailin xeyrinə casusluqda və
2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
yüksəkrütbəli zabitinin sui-qəsdində iştirakda ittiham olunan
Möhsün Ləngərneşin edam olunub.
Aprelin 30-da yayılan rəsmi açıqlamada İranın ədliyyə qurumu
Langərneşini İsrailin "yüksəkrütbəli casusu" kimi təqdim edib və
onun İranda MOSSAD-ın bir neçə əməliyyatının həyata keçirilməsinə
dəstək verdiyini bəyan edib.
Langərneşin 2022-ci
ilin mayında SEPAH polkovniki Səyyad Xodayinin
qətlə yetirilməsində iştirak etməkdə ittiham olunmaqla yanaşı,
2023-cü ilin yanvarında İsfahandakı hərbi zavoda dron hücumunun
təşkilində də günahlandırılıb.
İranın ədliyyə qurumu həmçinin iddia edib ki, Langərneşin MOSSAD-ın
yüksəkrütbəli kəşfiyyat zabitləri ilə iki dəfə, Gürcüstanda və
Nepalda görüşüb. O, "yüksək səviyyədə təlim keçmiş agent" kimi
təsvir olunub və onun genişmiqyaslı casusluq hazırlığı keçdiyi
bildirilib.
Xaricdə yerləşən və İranda insan haqlarının vəziyyəti ilə bağlı
xəbərlər hazırlayan HRANA agentliyi aprelin 28-də bildirib ki,
Langərneşin işə yenidən baxılması üçün üç dəfə vəsatət qaldırıb,
lakin hamısı rədd edilib.
Onun atası Məsud Langərneşin yayımladığı videomüraciətdə oğlunun
"ədalətli məhkəmə prosesi olmadan" ölüm cəzasına məhkum edildiyini
bildirib və işin ziddiyyətlər və hüquqi nöqsanlarla dolu olduğunu
vurğulayıb.
HRANA xəbər agentliyi Möhsün Langərneşinə yaxın bir mənbəyə
istinadən bildirib ki, o, həbsdə olarkən SEPAH polkovniki Xodayinin
öldürülməsində iştirakını etiraf etməyə məcbur edilib, bu etiraflar
güc tətbiqi və təzyiqlər altında alınıb.
SEPAH-ın qaranlıq fiqurlarından olan S.Xodayi Tehrandakı evinin
qarşısında silahlı şəxslər tərəfindən öldürülüb. İsrail mediası
Xodayini israilliləri və yəhudiləri öldürmək planlarının arxasında
duran və bütün dünyada yəhudi maraqlarına zərbə vuran əsas fiqur
kimi təsvir edib.
"Amnesty International" təşkilatı aprelin 29-da yayımladığı illik
hesabatında bildirib ki, İran keçən il
"hüquqi əsaslara
dayanmadan" yüzlərlə insanı edam edib, hakimiyyət
orqanları
"ölüm cəzasından etirazçılara, müxaliflərə və
etnik azlıqlara qarşı siyasi təzyiq aləti kimi istifadə
edir".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415