Türkiyədən idxal edilən pomidorlar ixracatçı ölkəyə geri
qaytarılıb.
Bu barədə məlumatı Gürcüstanın Gəlirlər Xidməti yayıb.
Qurumun açıqlamasına görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin
"Sarpi" gömrük-keçid məntəqəsində Türkiyə Respublikasından
gətirilmiş, ümumi çəkisi 32 039 kq olan iki partiya pomidor
sərhəddə saxlanılıb.
Gəlirlər Xidmətinin yaydığı məlumatda qeyd olunur ki,
sərhəd-karantin nəzarət prosedurları çərçivəsində məsul fitosanitar
müfəttiş tərəfindən məhsulun yoxlanılması
zamanı pomidorlarda
karantin zərərvericisinə – Tuta Absoluta (istixanada pomidorların
mədəndəyişən güvəsi) xas izlər aşkarlanıb.
Bu səbəbdən, məhsulun ixracatçı ölkəyə geri qaytarılmasına qərar
verilib.
Qeyd edək ki, Gürcüstana idxal edilən pomidorların 96%-i məhz
Türkiyədən gəlir. Milli Statistika İdarəsinin məlumatına görə, cari
ilin yanvar-mart aylarında Gürcüstana ümumilikdə 7 522 ton (5.358
milyon ABŞ dolları) pomidor idxal olunub, bunun 7 224 tonu
Türkiyədən gətirilib.
Daha dəqiq desək, pomidor idxal edən ölkələrin siyahısı
belədir:
• Türkiyə – 7 224 ton (5.140 milyon ABŞ dolları)
• Azərbaycan – 235.21 ton (156.92 min ABŞ dolları)
• İran – 51.93 ton (36.37 min ABŞ dolları)
• İspaniya – 7.2 ton (14.87 min ABŞ dolları)
• Niderland – 3.05 ton (9.77 min ABŞ dolları)