“Gürcü Arzusu”nun qurultayı 7 may tarixində keçiriləcək

“Gürcü Arzusu” siyasi şurası bəyanat yayıb.


Bəyanatda deyilir ki, partiyanın qurultayı 7 may tarixində keçiriləcək və bu qurultayda partiyanın yeni sədri seçiləcək.

Bildirilib ki, “Gürcü Arzusu”nun Qorqasali ofisində siyasi şuranın iclası keçirilib. Şura üzvləri gündəlikdəki iki məsələni müzakirə ediblər. Qərara alınıb ki, “Gürcü Arzusu” siyasi birliyinin qurultayı 7 mayda baş tutacaq və həmin qurultayda
partiyanın yeni sədri seçiləcək. Eyni zamanda, siyasi şuranın tərkibinin yenilənməsi qərara alınıb və yeni tərkib də 7 may qurultayında təsdiqlənəcək.
______________________________________
“Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili 25 aprel tarixində partiyadan və siyasətdən getmək qərarını açıqlamışdı.
“Sizə siyasətdən ayrılmaq qərarımı bildirmək istəyirəm. Son bir neçə həftədə mənim siyasi fəaliyyətimlə bağlı çoxlu spekulyasiyalar səslənir və buna görə də cəmiyyət qarşısında bütün suallara aydınlıq gətirmək mənim borcumdur”, – deyə Qaribaşvili partiyanın ofisində keçirilən brifinqdə bildirmişdi.

Onun sözlərinə görə, ölkəyə xidmətini başqa mövqedən davam etdirəcək. Jurnalist sualına cavab olaraq qeyd edib ki, bu, özəl sektor olacaq.



Mənbə: Publika



 

Print Email
FaceBook Twitter Google