Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin qətlində
şübhəli bilinən şəxs
yaxınlarının etirazından sonra Daxili İşlər nazirliyinin
əməkdaşları tərəfindən saxlanılıb.
13 may tarixində Tbilisidə, Baş Prokurorluğun qarşısında keçirilən
aksiyada Həmzəyevlər ailəsi 2022-ci ilin sentyabrın 21-də qətlə
yetirilən Aydın Həmzəyevin qatilinin hələ də azadlıqda olmasına
etiraz edirdilər. Prokurorluq qarşısında keçirilən aksiyada “Meydan
Tv”yə müsabəsində Aydın Həmzəyevin qardaşı Azad Həmzəyev
bildirmişdi ki, qətllə bağlı videokadrlar və DNT analizləri
var.
“Ondan sonra mənə dedilər ki, bu işi kimin etdiyini biz
bilirik. Bizə 15-20 gün vaxt ver. Bu iri qruplaşma olduğu üçün,
qatildən başqa bir neçə nəfəri də həbs etməliyik. Ona görə bizə
vaxt lazımdır. Qatili həbs etsək o birilər qaçacaqlar. 20 gün
gözlədim, 20 gündən sonra bir həftə, 10 gün yenə gözlə dedilər.
Aldada-aldada 2 il 8 aydır gözləyirik ki, bu işi açacaqlar. Nə o
insanı danışdırmırlar ki, siz həmin saatda orada nə edirdiniz,
hadisə yerindən maşın qaçırdılıb. İstintaqı tamamilə
dayandırıblar”, - Azad Həmzəyev vurğulayıb.
15 may tarixində Daxili İşlər Nazirliyi Aydın Həmzəyevi qətlə
yetirən şəxsin həbs olunması barədə məlumat yayımlayıb. Bildirilir
ki, 1971-ci il təvəllüdlü M.A. qəsdən adam öldürmə və odlu silahın
qanunsuz daşınması ittihamı ilə saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam
öldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi və
daşınması) maddələri ilə aparılır.
Cinayət, 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415