I rübdə iribuynuzlu heyvanların sayı azalıb, quşların sayı isə artıb – Sakstat

Sakstat kənd təsərrüfatı göstəricilərini yayımlayıb.


İlkin məlumatlara əsasən, 2025-ci ilin I rübünün sonuna iribuynuzlu mal-qaranın ümumi sayı azalıb.

Xüsusilə, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 4.9% azalıb və 861.1 min baş təşkil edib. Onlardan inək və düyələrin ümumi sayı 396.3 min baş olaraq müəyyən edilib ki, bu da əvvəlki ilin göstəricisindən 4.3% azdır.

Bununla yanaşı, donuzların sayı 152 min baş olaraq müəyyən olunub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2.2% azdır.

Quşların sayı isə ötən ilin analoji göstəricisi ilə müqayisədə 11.3% artaraq 8.5 milyon başa çatıb.


Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google