Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd
Polisi əməkdaşları tərəfindən birgə keçirilən tədbir nəticəsində
Banqladeş,
Nigeriya və İran vətəndaşı olan ümumilikdə 5 nəfər saxlanılıb.
DİN-in məlumatına görə, müəyyən edilib ki, saxlanılan şəxslər
Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında” qanununa əsasən, ölkədə hüquqi əsas olmadan
qalırdılar.
“Onlar sığınacaq prosedurlarında nəzərdə tutulmuş
müddətlərdən sui-istifadə edərək illərlə ölkədə qanunsuz şəkildə
qalırdılar. Saxlanılan şəxslər könüllü şəkildə ölkəni tərk etmək
üçün verilmiş müddətdən istifadə etmədiklərinə görə, Daxili İşlər
Nazirliyinin Miqrasiya Departamenti onların saxlanılması barədə
qərar qəbul etdi.
Qərarın icrası məqsədilə, hazırda həmin şəxslər Miqrasiya
Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər və
onların mənsub olduqları ölkələrə geri qaytarılması nəzərdə
tutulur”, – deyə DİN-in açıqlamasında qeyd
olunur.