"Sakstat"ın məlumatına görə, 2024-cü ildə Gürcüstanda əmək
bazarına daxil olan əhalinin sayı 1.63 milyon nəfər olub.
Onların 86%-i, yəni 1.403 milyon nəfər məşğuldur. İşsizlərin sayı
isə 227 min nəfər təşkil edib.
Məşğul olanların 33%-i Tbilisidə, 12%-i İmeretidə, 10%-i isə
Acarıstanda çalışır.
Gürcüstanda regionlar üzrə məşğulluqla bağlı göstəricilər
belədir:
- Tbilisi – 464 300 nəfər
- İmereti – 170 400 nəfər
- Acarıstan – 141 800 nəfər
- Kvemo Kartli – 140 500 nəfər
- Kaxeti – 121 900 nəfər
- Sameqrelo-Zemo Svaneti – 117 700 nəfər
- Şida Kartli – 101 700 nəfər
- Samtsxxe-Cavaxeti – 60 200 nəfər
- Quriya – 39 400 nəfər
- Mtsxeta-Mtianeti – 33 700 nəfər
- Raça-Leçxumi və Kvemo Svaneti – 10 900 nəfər
İşsizlik səviyyəsinə gəldikdə isə, ən yüksək göstərici yenə
Tbilisidə qeydə alınıb – 81 100 nəfər (ümumi işsizlərin 36%-i).
İmeretidə 35 700 nəfər (16%), Kvemo Kartlidə isə 28 100 nəfər (12%)
işsizdir.