Bu gün, 16 may tarixində, Batumi Şəhər Məhkəməsində jurnalist və
media meneceri Mzia Amağlobelinin məhkəmə
prosesində Avropa ölkələrinin Gürcüstandakı səfirləri iştirak
edirlər.
Məhkəmədə iştirak edən diplomatlar bunlardır:
- Peter Fischer – Almaniyanın Gürcüstandakı
səfiri
- Anna Lieberg – İsveçin Gürcüstandakı
səfiri
- Marge Mardisalu-Kahari – Estoniyanın Gürcüstandakı
səfiri
Bundan əlavə, məhkəməyə xüsusi olaraq gəlmiş avstriyalı Avropa
Parlamenti üzvü Lena Schilling də iştirak edir. O bildirib:
“Avropa sizə baxır. Biz buna göz
yummayacağıq.”
Mzia Amağlobelinin məhkəmə proseslərinə demək olar ki, hər dəfə
Avropa ölkələrinin səfirlik nümayəndələri qatılır.
O, 4 aydan çoxdur ki, qanunsuz olaraq həbsdədir.
Nə baş verir?
- Mzia Amağlobeli “Batumelebi” və “Netgazeti” nəşrlərinin
təsisçisi və direktorudur.
- O, 4 aydan artıqdır qanunsuz həbsdə saxlanılır və etiraz olaraq
38 gün aclıq aksiyası keçirmişdir.
- Jurnalist fəaliyyətinə görə cəzalandırıldığı bir neçə faktla
sübut olunur – məsələn, onun həbsinə səbəb kimi göstərilən saxta
protokol.
Hüquq müdafiəçiləri və təcrübəli hüquqşünasların qiymətləndirməsinə
əsasən, Mzia Amağlobeli qanunsuz olaraq həbs olunub, çünki irəli
sürülən ittiham əsassızdır. Hətta ittihamda göstərilən “bir nəfərə
sillə vurmaq” cinayət sayıla bilməz və cinayət məsuliyyəti
doğurmur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415