Gürcüstana ən çox pul ABŞ və İtaliyadan göndərilir
Gürcüstan Milli Bankının aprel ayına dair açıqladığı məlumata əsasən, ölkəyə ən çox pul köçürməsi ABŞ və İtaliyadan daxil olur. Pul göndərişlərinin üçdə birindən çoxu məhz bu iki ölkənin payına düşür. Statistikaya görə, 2025-ci ilin aprel ayında ABŞ və İtaliyadan Gürcüstana ümumilikdə 104,2 milyon ABŞ dolları köçürülüb ki, bu da ümumi köçürmələrin 35,2%-ni təşkil edir.

Ümumilikdə aprel ayında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi 295,54 milyon ABŞ dolları (və ya 814,0 milyon lari) olub. Bu, 2024-cü ilin aprel ayı ilə müqayisədə 6,1% (yəni 17,0 milyon dollar) artım deməkdir.

Ən çox pul göndərilən ilk 10 ölkə bunlardır:
  • ABŞ – 53,99 milyon dollar
  • İtaliya – 50,21 milyon dollar
  • Rusiya – 39,87 milyon dollar
  • Almaniya – 24,84 milyon dollar
  • Yunanıstan – 24,62 milyon dollar
  • İsrail – 22,17 milyon dollar
  • Türkiyə – 8,60 milyon dollar
  • İspaniya – 7,86 milyon dollar
  • Qırğızıstan – 7,77 milyon dollar
  • Qazaxıstan – 7,16 milyon dollar
Eyni zamanda, aprel ayında Gürcüstandan xaricə 31,9 milyon ABŞ dolları (88,0 milyon lari) köçürülüb. Bu rəqəm 2024-cü ilin aprel ayı ilə müqayisədə 4,9% (yəni 1,5 milyon dollar) çoxdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google