Astana Gürcüstanda Qazaxıstan vətəndaşlarının ölkəyə buraxılmaması hallarının artmasından narahatdır
Qazaxıstanın Xarici İşlər Nazirliyi, ölkə vətəndaşlarının Gürcüstana buraxılmaması hallarının artması ilə bağlı narahatlığını ifadə edib. Bu barədə 14 mayda, Tbilisidə keçirilən konsulluq məsləhətləşmələrindən sonra nazirliyin yaydığı bəyanatda deyilir.

"Qazaxıstan tərəfi, vətəndaşlarının Gürcüstana girişinə tez-tez imtina verilməsi və daha sonra deportasiya halları ilə bağlı narahatlığını bildirib", – deyə bəyanatda qeyd olunur.

Nazirlik vurğulayıb ki, Qazaxıstan vətəndaşlarının əksəriyyəti Gürcüstana turizm məqsədilə səfər edir və ev sahibi ölkənin qanunlarına ciddi şəkildə riayət edir, – məlumatı “newsgeorgia” yayıb.

Öz növbəsində, Gürcüstan tərəfinin verdiyi məlumata görə, bu ilin may ayının əvvəlindən etibarən ölkəyə girişə imtina hallarının sayı "əhəmiyyətli dərəcədə azalıb". Tbilisi bu tendensiyanın davam edəcəyinə əminliyini bildirib və Qazaxıstan vətəndaşları üçün ölkədə əlverişli şərait yaratmağa hazır olduğunu ifadə edib.

Məsləhətləşmələr zamanı həmçinin aşağıdakı məsələlər müzakirə olunub:
  • vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsi;
  • beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş əməkdaşlıq;
  • cinayət hüququ sahəsində əməkdaşlıq;
  • şəxslərin ekstradisiyası məsələləri.
Gürcüstan tərəfdən görüşdə müvafiq qurumların nümayəndələri, Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Giorgi Tabatadzenin rəhbərliyi ilə iştirak edib. Qazaxıstan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktor müavini Bauırjan Dosmanbetov rəhbərlik edib.

Beynəlxalq səfərlər statistikası üzrə Qazaxıstan Gürcüstana ən çox turist göndərən ilk on ölkə sırasındadır. 2025-ci ilin mart ayına qədər Gürcüstana ümumilikdə 958,947 beynəlxalq turist səfər edib, onlardan 21,625 nəfəri Qazaxıstandan gəlib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google