"Publika"nın məlumatına görə, bu gün Batumi Şəhər Məhkəməsində Mzia
Amağlobelinin
məhkəmə prosesi keçirilib. İclasda ittiham tərəfinin şahidi olan
tibbi ekspert Qivi Çxartişvili ifadə verib. O, 12 yanvar tarixində
həm İrakli Dqebuadzeyə, həm də Mzia Amağlobeliyə ekspertiza
keçirərək tibbi rəy hazırlayıb.
Qivi Çxartişvili məhkəmədə qeyd edib ki, İrakli Dqebuadzenin
bədənində hər hansı obyektiv zədə izi aşkar edilməyib. Mzia
Amağlobelinin isə sol çiyin nahiyəsində qan laxtalanması müəyyən
olunub və bu xəsarət iş üzrə müəyyənləşdirilmiş tarixə uyğun
gəlib.
"İrakli Dqebuadze və Mzia Amağlobeliyə məhkəmə-tibbi
ekspertizası təyin edildi. Xüsusilə hər iki şəxsdə zədələrin
olub-olmaması, xəsarətin törədildiyi alət, köhnəliyi və dərəcəsi
vizual müayinələrlə müəyyənləşdirildi.
12 yanvar tarixində İrakli Dqebuadze şəxsən mənim qarşımda təqdim
edildi. Ekspertiza saat 14:24-də başladı və bədəninin vizual
müayinəsi keçirildi. Yekun rəyə əsasən, İrakli Dqebuadzenin
bədənində, geyimlə örtülməyən sahələrdə hər hansı obyektiv zədə izi
aşkar edilmədi.
Eyni gün saat 15:24-də Mzia Amağlobeli də təqdim edildi və
ona da ekspertiza keçirildi. Verilən rəydə göstərilir ki, Mzia
Amağlobelinin sol çiyin nahiyəsində qan laxtalanması var idi. Bu
xəsarət küt alətin təsiri ilə əmələ gəlib və sağlamlığa zərər
vurmayan yüngül dərəcəli zədə olub. Xəsarətin köhnəliyi isə
hadisənin baş verdiyi tarixə uyğun olub”, – deyə Qivi
Çxartişvili bildirib.
Ekspert həmçinin "qızartı" məsələsinə də toxunub. Onun sözlərinə
görə, qızartı obyektiv zədə əlaməti deyil və buna görə ekspertiza
rəyində qeyd edilməyib. Şahid bildirib ki, İrakli Dqebuadzenin
ekspertiza zamanı qızartısı olub-olmadığını xatırlamır, amma
olsaydı belə bunu rəydə qeyd etməzdi.
"Qızartı obyektiv zədə əlaməti deyil, ona görə də mən
yalnız obyektiv zədə izlərini qiymətləndirirəm. Buna görə də rəydə
qeyd etməmişəm. O zaman qızartı olub-olmadığını xatırlamıram, amma
olsa belə, qeyd etməzdim", – deyə ekspert izah edib.
Çxartişvili həmçinin bildirib ki, müayinə zamanı İrakli Dqebuadze
sağ qulaq nahiyəsində "yüngül ağrıdan" şikayətlənib, lakin ağrı
subyektiv şikayət olduğundan, məhkəmə-tibbi ekspertizanın predmeti
deyil.
"İrakli Dqebuadze ekspertizadan keçərkən sağ qulaq
nahiyəsində ağrıdan şikayət edirdi. Ağrı subyektiv xarakter daşıyır
və obyektiv zədə əlaməti olmadığı üçün mənim ekspertiza çərçivəmə
daxil deyil”, – deyə Qivi Çxartişvili bildirib.
Mzia Amağlobelinin məhkəmə prosesi Batumi Şəhər Məhkəməsində
yekunlaşıb. Prosesi Almaniya, İsveç və Estoniyanın səfirləri
müşahidə ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415