"Dqebuadzenin bədənində qızartı zədə hesab edilmir" – Ekspert
"Publika"nın məlumatına görə, bu gün Batumi Şəhər Məhkəməsində Mzia Amağlobelinin məhkəmə prosesi keçirilib. İclasda ittiham tərəfinin şahidi olan tibbi ekspert Qivi Çxartişvili ifadə verib. O, 12 yanvar tarixində həm İrakli Dqebuadzeyə, həm də Mzia Amağlobeliyə ekspertiza keçirərək tibbi rəy hazırlayıb.

Qivi Çxartişvili məhkəmədə qeyd edib ki, İrakli Dqebuadzenin bədənində hər hansı obyektiv zədə izi aşkar edilməyib. Mzia Amağlobelinin isə sol çiyin nahiyəsində qan laxtalanması müəyyən olunub və bu xəsarət iş üzrə müəyyənləşdirilmiş tarixə uyğun gəlib.

"İrakli Dqebuadze və Mzia Amağlobeliyə məhkəmə-tibbi ekspertizası təyin edildi. Xüsusilə hər iki şəxsdə zədələrin olub-olmaması, xəsarətin törədildiyi alət, köhnəliyi və dərəcəsi vizual müayinələrlə müəyyənləşdirildi.

12 yanvar tarixində İrakli Dqebuadze şəxsən mənim qarşımda təqdim edildi. Ekspertiza saat 14:24-də başladı və bədəninin vizual müayinəsi keçirildi. Yekun rəyə əsasən, İrakli Dqebuadzenin bədənində, geyimlə örtülməyən sahələrdə hər hansı obyektiv zədə izi aşkar edilmədi.

Eyni gün saat 15:24-də Mzia Amağlobeli də təqdim edildi və ona da ekspertiza keçirildi. Verilən rəydə göstərilir ki, Mzia Amağlobelinin sol çiyin nahiyəsində qan laxtalanması var idi. Bu xəsarət küt alətin təsiri ilə əmələ gəlib və sağlamlığa zərər vurmayan yüngül dərəcəli zədə olub. Xəsarətin köhnəliyi isə hadisənin baş verdiyi tarixə uyğun olub”, – deyə Qivi Çxartişvili bildirib.

Ekspert həmçinin "qızartı" məsələsinə də toxunub. Onun sözlərinə görə, qızartı obyektiv zədə əlaməti deyil və buna görə ekspertiza rəyində qeyd edilməyib. Şahid bildirib ki, İrakli Dqebuadzenin ekspertiza zamanı qızartısı olub-olmadığını xatırlamır, amma olsaydı belə bunu rəydə qeyd etməzdi.

"Qızartı obyektiv zədə əlaməti deyil, ona görə də mən yalnız obyektiv zədə izlərini qiymətləndirirəm. Buna görə də rəydə qeyd etməmişəm. O zaman qızartı olub-olmadığını xatırlamıram, amma olsa belə, qeyd etməzdim", – deyə ekspert izah edib.

Çxartişvili həmçinin bildirib ki, müayinə zamanı İrakli Dqebuadze sağ qulaq nahiyəsində "yüngül ağrıdan" şikayətlənib, lakin ağrı subyektiv şikayət olduğundan, məhkəmə-tibbi ekspertizanın predmeti deyil.

"İrakli Dqebuadze ekspertizadan keçərkən sağ qulaq nahiyəsində ağrıdan şikayət edirdi. Ağrı subyektiv xarakter daşıyır və obyektiv zədə əlaməti olmadığı üçün mənim ekspertiza çərçivəmə daxil deyil”, – deyə Qivi Çxartişvili bildirib.

Mzia Amağlobelinin məhkəmə prosesi Batumi Şəhər Məhkəməsində yekunlaşıb. Prosesi Almaniya, İsveç və Estoniyanın səfirləri müşahidə ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google