Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol
Paşinyanı korrupsiyada və ölkəni səmərəsiz idarəçilikdə ittiham
edib
və təkid edib ki, əgər yenidən hakimiyyətə qayıtsa, Ermənistanın
ciddi təhlükəsizlik problemlərini həll edə bilər.
"Mənim əsaslı şübhəm var ki, Nikol Paşinyan
Ermənistandakı ən varlı adamdır", – ana müxalifətin
"Hayastan" blokunun lideri mayın 19-da dərc olunan müsahibəsində
deyib.
Koçaryan iddia edib ki, Paşinyanın 7 illik hakimiyyəti dövründə
dövlət vəsaitlərinin mənimsənilməsi və israfçılığı geniş vüsət
alıb.
Koçaryan xüsusilə keçən il ləğv edilmiş bir hökumət fonduna dair
dayandırılmış cinayət araşdırmasına diqqət çəkib. Onun sözlərinə
görə, sözügedən fond dörd il ərzində Ermənistan üçün xarici sərmayə
cəlb edə bilməmiş, buna baxmayaraq, vergiödəyicilərə azı 10.7
milyard drama (təxminən 27.3 milyon dollar) başa gəlib. Koçaryan
bildirib ki, təkcə bu fakt Paşinyanı "korrupsiyanın Eynşteyni" kimi
xarakterizə etməyə yetərlidir.
Koçaryanın özü də 1998–2008-ci illərdə prezidentliyi dövründə və
sonrakı illərdə korrupsiya ittihamları ilə üzləşib. Parlamentin
sədri və Paşinyanın əsas müttəfiqlərindən biri olan Alen Simonyan
isə 70 yaşlı keçmiş prezidentə cavab verərkən bu ittihamları
inkaredilməz fakt kimi təqdim edib.
"Məncə, əgər o belə bəyanatlar verirsə, həkimə müraciət
etməlidir", –parlament sədri Simonyan jurnalistlərə
bildirib.
"Daha yaxşı olardı ki, o desin ki, 200 milyon
dolları Qarabağdanmı gətirib, babasındanmı miras qalıb, yoxsa başqa
yerdən əldə edib?".
Ermənistan prokurorluğu R.Koçaryanın və onun geniş ailə üzvlərinin
qanunsuz yolla əldə etdiyi iddia olunan əmlak siyahısını müsadirə
etməyə çalışır. Keçmiş prezident bu prosesi "siyasi motivli"
adlandıraraq rədd edir.
Ötən həftə hakim partiyanın deputatları bu əmlakların müsadirə
prosesinə istinad edərək müxalifətin son vaxtlar Paşinyanın siyasi
komandası üzvlərinin, onların ailələrinin və yaxınlarının qanunsuz
zənginləşməsi ilə bağlı artan ittihamlarına cavab veriblər.
N.Paşinyan isə mayın əvvəlində bu ittihamlara sərt reaksiya
göstərərək "Hayastan" blokunun deputatlarını həbsə atmaqla
hədələyib.
Hakimiyyəti Sarkisyanla
bölüşməyə hazırdır
Koçaryan etiraf edib ki, məqsədi təkcə Paşinyanı hakimiyyətdən
uzaqlaşdırmaq deyil, həm də növbəti ümumi seçkilər nəticəsində –
onun fikrincə, 2026-cı ilin iyununda planlaşdırıldığı kimi
keçiriləcək – yenidən hakimiyyətə gəlməkdir. O bildirib ki, keçmiş
təcrübəsi və siyasi fəaliyyəti Ermənistanın üzləşdiyi təhlükəsizlik
problemləri fonunda onu ölkəni idarə etmək üçün ən uyğun namizədə
çevirir.
"Mən bu problemləri həll edə biləcək adamam. Əgər istəmirsiniz bu
problemlər həll olunsun, gedin və istədiyiniz şəxsə səs verin. Amma
əgər bu məsələlərin həllini istəyirsinizsə, onda Koçariyana səs
verin", –o, ermənilərə müraciətində bildirib.
"Hayastan" bloku sonuncu, 2021-ci ildə keçirilmiş parlament
seçkilərində cəmi 21 faiz səs toplayaraq ikinci yerə çıxıb.
Koçaryan bildirib ki, seçkilərdən sonra digər əsas müxalifət
qüvvələri ilə, o cümlədən keçmiş prezident Serj Sarkisyanın
rəhbərlik etdiyi Respublika Partiyası (HHK) ilə hakimiyyəti
bölüşmək üçün əməkdaşlığa hazırdır. Lakin son aylarda Koçaryanın
bloku ilə HHK arasında münasibətlər gərginləşib. İki keçmiş
prezident köməkçiləri vasitəsilə bir-birini sərt şəkildə tənqid
ediblər.
Bu gərginliyi daha da artıracaq bəyanatlarında Koçaryan Sarkisyanı
xalq narazılığını doğru qiymətləndirməməkdə və onillik
hakimiyyətini uzatmağa çalışmaqda ittiham edib. O xatırladıb ki,
Ermənistanın parlament idarəetmə sisteminə keçidindən sonra
Sarkisyanın yenidən baş nazir olmaq cəhdi 2018-ci ildə geniş xalq
etirazlarına səbəb olub və nəticədə Paşinyan hakimiyyətə gəlib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415