DİN-in məlumatına görə, 2025-ci ilin I rübündə narkoloji
yoxlamadan 1 479 nəfər keçib və onlardan 1 113 nəfərin testi müsbət
nəticə verib.
Yoxlama və müsbət nəticələrin ən yüksək göstəricisi Tbilisidə qeydə
alınıb – 640 nəfərdən 542-də narkotik istifadəsi təsdiqlənib. Ən
aşağı göstərici isə Samtsxe-Cavaxetidə olub – 5 nəfərdən 4-də
narkotik istifadəsi aşkarlanıb.
Regionlar üzrə tam statistika:
- Tbilisi – 542 nəfər (640 yoxlanılan)
- Kaxeti – 184 nəfər (212 yoxlanılan)
- Sameqrelo – 113 nəfər (133 yoxlanılan)
- İmereti – 80 nəfər (144 yoxlanılan)
- Kvemo Kartli – 74 nəfər (110 yoxlanılan)
- Şida Kartli – 66 nəfər (96 yoxlanılan)
- Acarıstan – 38 nəfər (117 yoxlanılan)
- Quriya – 12 nəfər (22 yoxlanılan)
- Samtsxe-Cavaxeti – 4 nəfər (5 yoxlanılan)