Mayın 20-də Sumqayıt şəhərində yanğınla müşahidə edilən partlayış
baş verib.
Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Qəza "Azərikimya"
İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verib.
"Azadlıq" radiosunun verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) tabeçiliyində olan bu zavoddan bildirilib ki,
saat 12:00 radələrində istehsalatın sintez sahəsində, "B" texnoloji
xəttində aşağı təzyiq ayırıcısında reqlamentə uyğun təmir işi
apararkən hadisə baş verib.
Əlavə edilib ki, hadisənin səbəbi araşdırılır.
Əsası ötən əsrin ortalarında qoyulan həmin müəssisədə sonradan
modernizasiya işlərinin aparıldığı açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən
məlumata görə, partlayış səbəbi ilə saat 12:20 radələrində beş
nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım
Xəstəxanasına hospitalizasiya olunub.
"Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov
Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər
iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir,
vəziyyətləri orta ağırdır", - məlumatda
bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415