Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyir ki,
hərbi uçota durmayan yeni Rusiya vətəndaşlarını
aşkara çıxarmaq üçün komitənin müstəntiqlərinə miqrantların
toplaşdığı yerlərdə reydlərdə Daxili İşlər Nazirliyi və Milli
Qvardiya ilə birgə iştirak etməyi tapşırıb.
Sankt-Peterburq hüquq forumunda çıxış edən Bastrıkinin sözlərinə
görə, 80 min "belə Rusiya vətəndaşı" artıq "tutulub" və "20 min
nədənsə Özbəkistan, Tacikistan, Qırğızıstanda yaşamağı sevməyən
gənc Rusiya vətəndaşı cəbhə xəttindədir".
İstintaq Komitəsinin rəhbəri həmçinin bildirib ki, miqrant adı
altında "gələcək cinayətkarlar" Rusiyaya gəlirlər və onların da
tutularaq vətənlərinə qaytarılması lazımdır ki, "cinayətləri
Rusiyada deyil, orada törətsinlər".
Rusiya hüquq-mühafizə orqanları mütəmadi olaraq reydlər keçirir və
bu reydlər zamanı Rusiya vətəndaşlığı olan miqrantlara çağırış
vərəqəsi verilir və ya hərbi komissarlığa aparılır. Bəzi hallarda
onları Rusiya vətəndaşlığından çıxarmaqla, deportasiya ilə
hədələyərək Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur
edirlər.
Bir il əvvəl Bastrikin demişdi ki, güc qurumları yaxınlarda Rusiya
vətəndaşlığı almış, lakin hərbi qeydiyyatdan keçməmiş 30 mindən çox
miqrantı "yaxalayıb". Onlardan təxminən 10 mini "səngərlər qazmaq
və istehkam düzəltmək üçün" arxa cəbhə bölmələrinə göndərilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415