Avropa İttifaqı (Aİ) AzadlıqRadiosuna 5.5 milyon avro ayıracaq.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Kaya Kallas mayın 20-də jurnalistlərə bildirib.
"Bu, müstəqil jurnalistikanı dəstəkləmək üçün nəzərdə
tutulmuş qısamüddətli təcili maliyyə yardım
paketidir", – Kallas qeyd edib.
AzadlıqRadiosuna Aİ tərəfindən ayrılan bu vəsait məqsədli şəkildə
yönəldiləcək və Aİ-yə qonşu ölkələrdə, o cümlədən Qafqaz və Mərkəzi
Asiyada yayım fəaliyyəti üçün istifadə olunacaq.
Çexiyanın xarici işlər naziri Yan Lipavski mayın 20-də Aİ XİN
rəhbərlərinin görüşündən sonra "Reuters"ə deyib:
"Məqsədimiz missiyanı qoruyub saxlamaqdır, bu missiya
isə Rusiyada, Belarusda və İranda cəmiyyətlərə azad və ədalətli
məlumat təqdim etməkdir".
İsveç isə bu ayın əvvəlində bildirib ki, ölkə AzadlıqRadiosuna 20
milyon kron (2.07 milyon ABŞ dolları) məbləğində ianə ayıracaq.
İsveçin bəyanatına görə, ABŞ-nin maliyyələşdirmə ilə bağlı qərarı
bir çox ölkədə insanların azad mediaya çıxışını itirməsi riskini
artırır.
AzadlıqRadiosu Konqres tərəfindən ayrılmış vəsaitə çıxış hüququ
əldə etmək üçün ABŞ Qlobal Media Agentliyini (USAGM) məhkəməyə
verib.
Bu müddət ərzində "Настоящее Время" kanalının yayımı üç peykdən
ikisi vasitəsilə dayandırılıb, AzadlıqRadiosunun Belarus və Ukrayna
redaksiyalarının fəaliyyəti əhəmiyyətli dərəcədə azaldılıb, Rusiya
xidməti tərəfindən orta dalğa (AM) üzərindən yayımlanan verilişlər
dayandırılıb, "Votvot" adlı layihə bağlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415