Tbilisidə parkinq cərimələri azaldılıb.
Konkret desək, Gürcüstanın birləşmiş büdcəsinə (konsolidasiyasız)
daxilolmalara əsasən,
2025-ci ilin yanvar-aprel aylarında düzgün olmayan parkinqə görə 2
658 092 lari məbləğində cərimə yazılıb, halbuki ötən ilin eyni
dövründə bu rəqəm 5 917 214 lari təşkil edirdi.
Eyni zamanda, bu ilin yalnız aprel ayında “Tbilisi Parking”
əməkdaşları tərəfindən 726 854 lari məbləğində cərimə tətbiq
olunub. Statistikaya əsasən, ümumilikdə yol hərəkəti qaydalarının
pozulmasına görə büdcəyə daxil olan məbləğ də azalıb.
Daha dəqiq desək, Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin
yanvar-aprel aylarında yol hərəkəti qaydalarının pozulmasına görə
dövlət büdcəsinə 54 339 998 lari daxil olub, halbuki ötən ilin eyni
dövründə bu rəqəm 73 431 433 lari idi.
Qeyd edək ki, 2022-ci ilin payızından etibarən parkinq qaydalarının
pozulmasına görə cərimələr artırılmışdı – əvvəl 10 lari olduğu
halda, 50 lari olmuşdu.