Mtsxeta rayon məhkəməsi xüsusi amansızlıqla həyat yoldaşını
qəsdən öldürməkdə ittiham olunan
şəxsi günahkar hesab edib və ömürlük həbs cəzası verib:
"Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən
edilib ki, 2024-cü il noyabrın 12-də, Tianeti bələdiyyəsinin
Axaltsixe kəndində, ittiham olunan şəxs azyaşlı uşaqlarının gözləri
qarşısında, qəsdən öldürmək məqsədilə həyat yoldaşının üzərinə
yanacaq töküb və onu alovlandırıb. Aldığı xəsarətlər nəticəsində
zərərçəkən 2024-cü ilin dekabrın 10-da dünyasını dəyişib.
İttiham olunan şəxsə, Gürcüstanın Cinayət Məcəlləsinin 11-prima,
109-cu maddəsinin “t”, “k” və “m” bəndləri ilə (ağırlaşdırıcı
şəraitdə qəsdən öldürmə, qadın və kişi bərabərliyinə dözümsüzlük,
ailə üzvünə qarşı xüsusi amansızlıq) ittiham irəli sürülüb.
Mtsxeta rayon məhkəməsi ittiham olunan şəxsi günahkar hesab edib və
ömürlük həbs cəzası təyin edib", - Prokurorluğun
bəyanatında qeyd olunub.
Mənbə: Mtavari Tv