Kobaxidze: Tramp administrasiyası məktubuma cavab vermədi, lakin susqunluq da çox vacib cavabdır

İrakli Kobaxidze bəyan edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası onun məktubuna cavab verməyib.


Bu barədə Kobaxidze bu gün, 21 may tarixində jurnalistlərə açıqlama verib.

İrakli Kobaxidze iddia edir ki, məktuba verilən susqunluq da çox önəmli cavabdır.

O, ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul olunan “Dostluq Aktını” bir daha tənqid edib. Qanun layihəsi “Gürcü Arzusu”nun yüksək vəzifəli şəxslərinə qarşı şəxsi sanksiyaların tətbiqini nəzərdə tutur və Kobaxidze bunu “düşmənçilik aktı” adlandırıb.

"Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa açıq məktub ünvanlayıb.

13 mayda yayımlanmış məktubda Kobaxidze etiraf edir ki, indiyədək Gürcüstan və ABŞ hökumətləri arasında yüksək səviyyəli ünsiyyət baş tutmayıb.

Onun sözlərinə görə, bu təəccüblüdür, çünki “Gürcü Arzusu” ilə Donald Tramp arasında “dəyərlər və ideoloji baxımından oxşarlıq” fonunda, Gürcüstanın Tramp administrasiyası üçün xüsusi maraq doğuran ilk ölkələrdən biri olacağı gözlənilirdi.


Mənbə: Netgazeti


 

Print Email
FaceBook Twitter Google