Qırıxlı məktəbində “Son zəng”in keçirilməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatları məktəbdə təkzib edirlər
Məktəb işçiləri Qırıxlı ictimai məktəbində “Son zəng”in qeyd edilməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatı təkzib edirlər.

Mayın 20-də mülki fəal Samirə Bayramova sosial şəbəkədə yazıb ki, Qırıxlı məktəbi məzunlara “Son zəng” tədbiri keçirməyə icazə vermir və yalnız fotosessiyaya icazə verilir.

“Marneuli” radiosu Qırıxlı məktəbində oldu. Müəllimlər məlumatın həqiqətə uyğun olmadığını bildirdilər.

Onların sözlərinə görə, məktəbdə son zəng həmişəki kimi mayın 20-də keçirilib və bunu təsdiqləmək üçün hadisəni əks etdirən foto və video materialları bizə göstərdilər.

Məktəbin direktoru rəsmi açıqlama verməkdən imtina etsə də, yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd etdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google