Daxili İşlər Nazirliyinin açıqlamasına görə, İmereti Polis
Departamenti və Kutaisi Şəhər
İdarəsinin əməkdaşları, qəsdən adam öldürmə ittihamı ilə, keçmişdə
məhkum olunmuş, 1990-cı il təvəllüdlü T.Ç.-ni həbs edib.
"İstintaq göstərib ki, təqsirləndirilən şəxs, bu ilin
19 may tarixində, Kutaisidə mübahisə zəminində, qonşusu 1970-ci il
təvəllüdlü İ.X.-ya soyuq silah ilə çoxsaylı zərbələr endirərək,
hadisə yerindən qaçıb", - deyə açıqlamada qeyd
edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qəsdən adam öldürmə
faktı üzrə istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə
aparılır. Cinayət 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını
nəzərdə tutur.