Əmrah Aslanov adına Təzəkənd 1 saylı orta məktəbində son zəng keçirildi (FOTO/VİDEO)
Bu gün, 22 may tarixində Əmrah Aslanov adına 1 saylı Təzəkənd orta məktəbində son zəng keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər gürcü və azərbaycan dillərində şeirlər oxudular, müxtəlif rəqslər etdilər və tamaşalar sərgilədilər.

Daha sonra, məktəb müdiri və sinif rəhbəri çıxış edərək 12-ci siniflərə uğurlar arzu etdilər. Məktəb müdiri “Marneuli” radiosu ilə müsahibəsi zamanı bildirdi ki, son zəng tədbiri ilə yanaşı bu gün, 1-ci siniflərin əlifba bayramı da qeyd olundu.


Bu il Təzəkənd orta məktəbindən 5-i qız, 14-ü oğlan olmaqla 19 nəfər şagird məzun olur.

Qızlardan ikisi Aysu Mustafayeva və Aylin Hüseynova öz emosiyalarını və düşüncələrini bizimlə bölüşdülər.


“Son zəng mənim üçün yeni həyata başlamaq deməkdir. Kədərli və həmçinin sevincli gündür. Hər bir 12-ci sinif şagirdinə, həmyaşıdlarıma uğurlar arzulayıram. Onları yeni müvəffəqiyyətlər gözləyir deyə düşünürəm. Uşaqlıqdan həkim olmaq arzumdur”,
– Aysu Mustafayeva dedi.


“Mənim üçün son zəng bir uşağın müstəqil həyata atılmağı, ali məktəbə ilk qədəm qoyması deməkdir. Son zəng uşaqların ruhunu canlandırır. Biz bu gün çox sevincliyik. 12 il qış, yay fərq etmir, hər saat, hər dəqiqə biz bərabər böyümüş uşaqlarıq. İndi isə yollarımız ayrılır. Bu sevincli, həm də kədərli bir andır”, – Aylin Hüseynquliyeva qeyd etdi. 


Təzəkənd 1 saylı orta məktəbindən 30 nəfər şagird birinci, 35-40 nəfər şagird isə 4-cü sinifi başa vurur. 2025-ci ildə Marneuli üzrə 12-ci sinifi 1200-ə yaxın şagird bitirir.

Xatırladaq ki, Marneuli üzrə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google